Ölkəmizdə idman jurnalistikası böyük inkişaf mərhələsi keçib və hazırda çoxlu sayda kütləvi informasiya vasitələri insanları xəbərlərlə təmin edir.

Rekord.az xəbər verir ki, bu siyahıya daha bir sayt əlavə olunub.

Belə ki, “Bakusport.az” saytı fəaliyyətə başlayıb. Sözügedən saytda xarici yarışlarla yanaşı əsas diqqət ölkə idmanına yönəldiləcək. Futbol, basketbol, tennis, voleybol, güləş,habelə Formula 1, şahmat, gimnastika, karate, cüdo və daha neçə növə dair beynəlxalq və yerli xəbərlər sizə çatdırılacaq, zaman-zaman eksklüziv müsahibələr də yer alacaq.
“Bakusport.az” idmanla bağlı bütün dövlət qurumları və ictimai təşkilatlar, klublar, federasiyalarla işbirliyinə açıqdır.