Azərbaycanda daha bir stadion məhvə doğru gedir FOTOLAR
- 13 İyl 2020 12:00
- 2281
Bu dəfə ziyarətinə getdiyimiz "cənazə" isə İmişli Şəhər Mərkəzi stadionudur. Söhbət bir vaxtlar "Lokomotiv" və "MKT Araz"ın aranlı futbolsevərləri bir araya gətirdiyi, dünyaca məşhur türkiyəli referi Cüneyt Çakırın beynlxalq arenada ilk dəfə oyun idarə etdiyi 8000 nəfər tutumlu arenadan gedir.
Rekord.az xəbər verir ki, qısa müddətdə ölkəmizdə öz futbol dəsti-xəttini quran və böyük ümidlərin bəsləndiyi İmişli klubu 2007-ci ilin yayında bir andaca fəaliyyətini dayandırmışdı. O gün, bu gün imişlilərin Premyer Liqa həsrəti davam edir…
Stadionda qarşıma çıxan orta yaşlı şəxsin titrək səslə dedikləri: "Bax, qardaş, bax. Doyunca bax. Bu stadionun günləri olub e… Bir günün içində qıfıl vurub getdilər. Çətin ki, yaxın zamanda bu qıfıl buradan açıla və biz də futbol üzü görək".
Hörmətli futbol "başbilənlərimiz", nə qədər ki, gec deyil, ayılın. Dərk edin ki, inkişaf məhz İmişlinin timsalında digər futbol sevgisi ilə yaşayan bölgə stadionlarına vurulan qıfılların açılmasından başlayır.