Azərbaycanda daha bir stadion təmirə bağlanıb.

Rekord.az xəbər verir ki, söhbət İmişli stadionundan gedir.

Belə ki, sözügedən stadionun qazonu oyun üçün yararlı vəziyyətdə deyil. Buna görə də "İmişli" komandası hardasa iki aya yaxın bütün oyunlarını səfərdə keçirməli olacaq. Artıq bununla bağlı PFL-ə də müraciət ünvanlanıb və komanda iki ay müddətində ev oyunlarını qarşılıqlı razılaşma ilə səfərdə keçirəcək.