"Azərbaycanda ən yaraşıqlı futbolçu kimdir?" JURNALİST XANIMLARIN CAVABI
- 11 Okt 2019 11:00
- 2773
Rekord.az xəbər verir ki, sportinfo.az xanım jurnalist və idmançılar arasında sorğu keçirib. Mövzu isə yerli futbolçularımızla bağlı idi. Respondentlərə "sizcə, Azərbaycanda ən yaraşıqlı yerli futbolçu kimdir?" sualı ilə müraciət etdik. Buyurun, bu da cavablar.
Zeynəb Əliyeva (Goal.az saytının əməkdaşı): “Azərbaycanlı futbolçulardan Ruslan Abışovu qeyd edərdim. Xüsusi səbəbi yoxdur. Yerli futbolçular arasında ən yaraşıqlısının Ruslan olduğunu düşünürəm. Bəlkə də indi sadəcə o, ağlıma gəldi. Qafqazlılara məxsus üz cizgiləri var".
Rəfiqə Əziz (Baku TV-nin əməkdaşı): “Məncə, yaraşıq zövq məsələsidir. Tam olaraq, zövqümə görə yaraşıqlı futbolçumuz yoxdur. Amma cizgilərini bəyəndiyim futbolçu Murad Xaçayevdir".
Röya Kərimli (Sport7.az saytının əməkdaşı): “Düzü, bu sualınızdan sonra xeyli düşünməyə məcbur oldum. Futbolçularımıza bu baxımdan heç fikir verməmişdim. Nə qədər idmanla məşğul olsalar da, bizim futbolçularda Avropa futbolunda görüb, "aaa, necə yaraşıqlıdır" dediyimiz tipdə "fit" bədən, boy-buxun, yaraşıq, xarizma, baxımlılıq yüksək səviyyədə olmur. Ona görə sual veriləndə dərhal yada düşəcək biri olmadı. Mütləq ad çəkməliyəmsə, ağlıma Emil Balayev ilə Emin Mahmudov gəldi. Biraz haşiyədən kənara çıxacağam. Ümumiyyətlə, xanımlar yaşlandıqca gözəlliklərini itirsələr də, kişilər əksinə, yaşa dolduqca yaraşığa gəlirlər. Gənc yaşlarında olan üz cizgiləri yaş keçdikcə sanki daha yaxşı formalaşır. Emil ilə Emini buna görə qeyd etdim. Bir neçə il öncə bu sual mənə verilsəydi, təbii ki, heç birinin adını çəkməzdim. Ancaq yaş artdıqca sanki daha xarizmatik olublar. Əslində kişinin üzündə yaraşıqdan çox xarizma, zəhm olmalıdır. İllər öncə yox, ama bu gün "Tobol"da çıxış edən Emil Balayevin üzündə o xarizmanı, zəhmi görmək olur. Hələ yaşı azdır. 25 yaş nədir ki? Məncə, illər keçdikcə daha da xarizmatik ola bilər. Təbii ki, gülümsəmədiyi təqdirdə. Ciddi, zəhmli sifətdə kişilər daha xarizmatik görünür. Onu da qeyd edim ki, mənim üçün gülüşü ilə xarizmatik görünən yeganə kişi Yürgen Kloppdur (gülür).
Kəmalə İsmayılova (fitness məşqçisi): “Bəyəndiyim ən xarizmatik futbolçu Mahir Emrelidir. Həm də dəbə uyğun geyinir. Geyim mənim üçun önəmlidir”.
Sevinc Cəfərzadə (Futbol üzrə milli komandamızın və “Kubanoçka”nın hücumçusu): “Xarici görünüşünə görə Emil Balayevi bəyənirəm. Ancaq bu, sırf görünüşlə bağlıdır. Belə, şəxsi tanışlığımız yoxdur”.