Azərbaycanda "Formula 1" yarışlarının proqramı müəyyənləşdi
- 01 İyn 2021 15:50
- 1008
"Formula-1” üzrə Azərbaycan Qran-prisinin proqramı açıqlanıb.
Rekord.az xəbər verir ki, iyunun 4-də start götürəcək mövsümün 6-cı mərhələsi "Formula-2” pilotlarının yarışı ilə başlayacaq. Onlar sərbəst yürüşə saat 10:25-də çıxacaqlar. Həmin gün "Formula-1” komandalarının da sərbəst yürüşləri olacaq. İyunun 4-də "Formula-2”də sıralama yarışı da nəzərdə tutulub.
Ertəsi gün "Formula-2” pilotlarının mübarizəsi sprint yarışları ilə davam edəcək. Həmçinin "Formula-1”də sıralama yarışı də təşkil olunacaq.
Azərbaycan Qran-prisi iyunun 6-da keçiriləcək. Günün ilk yarısında "Formula-2"də mükafatçılar dəqiqləşəcək. Daha sonra "Formula-1" pilotlarının təqdimatı olacaq və Dövlət Himnimiz səslənəcək. Saat 16:00-da əsas mərhələ başlayacaq. 2 saatın yekununda Azərbaycan Qran-prisinin qalibi bəlli olacaq.
4 iyun
"Formula-2”
Saat. 10:25-11:10 - Sərbəst yürüş
"Formula-1”
Saat. 12:30-13:30 - Birinci sərbəst yürüş
"Formula-2”
Saat. 14:30-15:00 – Sıralama yarışı
"Formula-1”
Saat. 16:00-17:00 - İkinci sərbəst yürüş
5 iyun
"Formula-2”
Saat. 11:25-12:15 – Sprint yarışı
"Formula-1”
Saat. 13:00-14:00 - Üçüncü sərbəst yürüş
"Formula-1”
Saat. 16:00-17:00 - Sıralama turu
"Formula-2”
Saat. 17:40-18:30 – Sprint yarışı
6 iyun
"Formula-2”
Saat. 12:45-13:50 - Yarış
"Formula-1”
Saat. 14:10-14:50 – Pilotların təqdimatı
Saat. 15:44-15:46 – Dövlət Himni mərasimi
Saat. 16:00-18:00. Azərbaycan Qran-prisi