Azərbaycanda gimnastika yarışları bərpa olunur
- 05 Yan 2022 19:15
- 578
Azərbaycan Gimnastika Federasiyası (AGF) 2020-ci ildə milli yarışları keçirməyə hazırlaşır. Rekord.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ilin ilk 3 ayı ərzində Milli Gimnastika Arenasında müxtəlif gimnastika növləri üzrə 4 milli yarış keçiriləcək.
Belə ki, yanvarın 29-da batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatı, fevralın 24-25-də akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı, martın 16-da bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı, martın 25-26-da isə qadın idman gimnastikası üzrə 6-cı, kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatları keçiriləcək.
Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə bir sıra idman növlərində olduğu kimi, gimnastikada da 2020-2021-ci illər ərzində keçirilməsi nəzərdə tutulan yerli yarışlar təxirə salınmışdı. Yarışların Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.