Azərbaycanda hansı klub prezidentinin kəndi işğaldan azad olunub?
- 14 Okt 2020 14:00
- 850
27 sentyabrda erməni təxribatına cavab olaraq start götürən ordumuzun əks-hücum əməliyyatları davam edir.
Rekord.az xəbər verir ki, bu günə kimi şanlı ordumuz 40-a yaxın yaşayış məntəqəmizi işğaldan azad etdi.
Azad olunan kəndlər sırasında Cəbrayıl rayonunun Daşkəsən kəndi də var. Bu kəndlə bağlı maraqlı bir məlumatı sizinlə də bölüşmək istəyirdik. Belə ki, Daşkəsən kəndi "Neftçi"nin prezidenti kamran Quliyev üçün doğma sayılacaq bir kəndir. Belə ki, klub prezidentinin anası məhz Daşkəsəndəndir. Quliyev uşaq vaxtı bu kənddə çox olub. "Neftçi" prezidentinin əslən bu kənddən olan Azərbaycanın xalq artisti Şahmar Ələkbərova qohumluğu da çatır.