![photo](https://www.rekord.az/storage/uploads/4/saat.jpg)
Azərbaycanda hansı komanda gecə saat 10-da yoldaşlıq görüşü keçirəcək?
- 13 İyl 2023 13:00
- 838
Yeni mövsümdən II liqada çıxış edəcək "Füzuli" 19 futbolçu ilə rəsmi müqavilə bağlayıb.
Rekord.az xəbər verir ki, komanbda şənbə günü "ASK Arena"da ilk yoxlama matçını keçirəcək.
Rəqib isə Həvəskarlar Liqası təmsilçisi "Lokomotiv" olacaq. Oyun öncəsi ən çox maraq və diqqət çəkən məqam matçı başlama saatıdır. Yoldaşlıq görüşləri adətən saat 18:00, 18:30, nadir hallarda 19:00-da start götürür. Lakin "Füzuli" ilə "Lokomotiv" arasındakı bu görüş saat 22:00-da start götürəcək. Qəribə vaxtdır. Artırılmış vaxtları da hesablasaq, futbolçular metroya da çatmaya bilərlər.