Ağdaşda futbol klubunun prezidenti çayda boğulub.

Rekord.az xəbər verir ki, hadisə rayonun Dəhnəxəlil kəndində qeydə alınıb.

Rayon sakini, 1988-ci il təvəllüdlü Fərid Ağazadə çayda çimərkən boğulub. Onu sudan çıxartmağa çalışan qohumu, 1990-cı il təvəllüdlü Rəhman Əliyev də boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Rəhman Əliyev Azərbaycanın futbol üzrə II Liqa təmsilçisi "Ağdaş" klubunun rəhbəridir.