Ötən mövsümü «Sumqayıt»da keçirən Amil Yunanov karyerasını Gürcüstanda davam etdirə bilər.
Rekord.az xəbər verir ki, menecerlər millinin sabiq hücumçusunu qonşu ölkənin güclülər dəstəsinin bir neçə klubuna təklif edib.
Onların arasında Nicat Qurbanovun formasını geyindiyi «Samtrediya» da var.