Azərbaycanda klubuna sadiq olan 10 futbolçu VİDEO
- 19 May 2020 13:00
- 854
Futbol dünyasında sadiq futbolçuların sayı elə də çox olmur. 20-ci əsrə qədər belə hallarla daha çox rastlaşırdıq.
Rekord.az xəbər verir ki, son illər vəziyyət bir qədər fərqlidir.
Futbol aləmində son dönəmdə baş verən dəyişikliklər və bu idman növünün böyük biznesə çevrilməsi sadiqlik anlayışının itməsinə səbəb olub. Artıq çox nadir hallarda futbolçular karyeraları ərzində uzun müddət bir klubda qala bilirlər. Ancaq bir neçə il əvvəl belə futbolçuların sayı olduqca çox idi.
Dünyada klubuna ən sadiq topçu Rayan Giqqsdir. Uelsli futbolçu ömrünün 24 ilini «Mançester Yunayted»ə həsr edib. O, bu müddət ərzində 34 turnirin qalibi olub.
Giqqzdən başqa Paulo Maldini, Françesko Totti, Stiven Cerrard, Xavi Ernandes, Andres İnyesta, Rojerio Seni və başqa futbolçular da vəfalılıq göstəriciləri ilə ad çıxarıblar.
Sadalananların bir qismi karyeralarının son mövsümünü başqa klubda keçiriblər. Bununla belə, adlarını sadiq futbolçuların siyahısına həkk etməyə müvəffəq olublar.
Karyerasını davam etdirən futbolçulardan Lionel Messi, İqor Akinfeyev, Corco Kyellini, Serxio Ramos kimi tanınmış simalar da sadiqlik nümunəsinə çevriliblər. Digər futbolçulardan fərqli olaraq onlar hələ karyeralarında 20 illik dönəmə daxil olmayıblar.
Yaponiyalı Hitoşi Soqahata isə aktiv futbolçu karyerasını davam etdirən oyunçular sırasında sadiqliyi ilə zirvədə qərarlaşıb. 40 yaşlı qolkiper 22 ildən artıq müddətdir ki, «Kashima Antlers»in formasını geyinir.
Azərbaycanda da kifayət qədər klubuna sadiq qalan futbolçular var. Burada sadiqliyi ilə diqqət mərəzində olan futbolçu Maksim Medvedevdir. Millimizin müdafiəçisi 2006-cı ildə debüt etdiyi «Qarabağ»ın 13 mövsümdür formasını geyinir.
O, bu müddət ərizndə 302 oyunda meydana çıxıb və 10 dəfə fərqlənib. Onun komanda yoldaşı Qara Qarayev də son illərin dəyişməz çempionuna sadiqlik nümayiş etdirir. O, ilk dəfə 2008-ci ildə «Qarabağ» forması ilə meydana çıxıb.
İlk «üçlüy»ü ağdamlıların başqa bir üzvü Səttar Əliyev təşkil edir. Əliyev Qarayevdən müddət baxımından cəmi 2 ay geri qalır. Sadiq futbolçuların ilk onluğunda köhlən atların daha 3 sabiq üzvü var.
Söhbət Yaşar Hüseynov, Müşfiq Vəliyev və Elşad Əhmədovdan gedir. Ölkə futbolunda böyük izlər buraxan Viləş siyahıda Raqib Mikayılov, Sahib Yusubov və İqbal Əliyevlə yer alıb.
Bundan başqa, «Kəpəz»in veteran futbolçusu Füzuli Allahverdiyev də bu baxımdan adını tarixə yazıb. «ARB 24» bununla bağlı videosüjet hazırlayıb, gəlin, onu izləyək: