Azərbaycanda oynamış futbolçunun oğlu "Dinamo" Kiyevlə müqavilə bağladı
- 04 Dek 2019 16:48
- 669
"Bakı"nın sabiq futbolçusu İbrahim Karqbonun oğlu İbrahim Karqbo Junior Kiyev "Dinamo"suna keçib.
Rekord.az xəbər verir ki, bu barədə Ukrayna klubunun rəsmi saytı xəbər yayıb.
Belçikanın U-19 yığmasının üzvü olan 19 yaşlı hücumçu bu ölkənin "Roselar" klubundan "Dinamo"ya transfer olunub.
Qeyd edək ki, bu il karyerasını bitirən İbrahim Karqbo 2010-2013-cü illərdə "Bakı"da çıxış edib.