Azərbaycanda oynamış futbolçunun oğlu "Milan" və "Yuventus"un maraq dairəsində
- 12 Mar 2021 14:44
- 588
"Rubin"inin futbolçusu Xviça Kvaratsxeliya İtaliyada çıxış edə bilər.
Rekord.az "Tutto Mercato"ya istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə "Yuventus" və "Milan" maraqlanır.
Bu klubların skautları gənc futbolçunun oyununu izləmək üçün martın 28-də Gürcüstan və İspaniya yığmaları arasında DÇ-2022-nin seçmə mərhələ matçını izləyəcəklər.
Qeyd edək ki, Gürcüstan millisinin üzvü bu mövsüm "Rubin"in heyətində 18 oyunda 2 qol vurub və 7 məhsuldar ötürmə edib. O, Azərbaycan millisi, "Kəpəz" və "Şəmkir"in sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.