"Turan Tovuz"un nigeriyalı hücumçusu Otto Con maraqlı həyat tərzi ilə diqqət çəkir.
Rekord.az xəbər verir ki, futbolçu 8 aya yaxındır Azərbaycanda yaşasa da, bizim yeməklərdən yemir.
0, gəldiyi ilk gündən alışdığı Nigeriya, Afrika mətbəxindən deyir. Yeməkləri də şəxsən özü hazırlayır.