![photo](https://www.rekord.az/storage/uploads/5/misli-premyer-liqa.jpg)
Azərbaycanda qış transfer dönəmi başa çatdı
- 15:20
- 43
Azərbaycan qış “transfer pəncərəsi” bağlanıb.
Rekord.az xəbər verir ki, mövsümünün ikinci yarısı üçün yanvarın 14-də açılan "pəncərə" ötən gecə "bağlanıb".
Başqa sözlə, klublar son keçidlərini dünən saat 23:59-dək gerçəkləşdiriblər. Beləliklə, qış transfer dönəmi 28 gün çəkib.
Bundan sonra klublar yalnız azad agent statusu daşıyan futbolçuları heyətə cəlb edə bilərlər.