Gəncə şəhər stadionunun tikintisi üçün 15 milyon manatlıq müqavilə imzalanıb.

Rekord.az "Trend"ə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin elan etdiyi “Gəncə şəhər stadionunun yenidən qurulması üzrə işlərin (birinci mərhələ) satın alınması” tenderinin qalibi “İnşaatçı 3” MMC olub.

Şirkətlə 15 milyon 84 min 799 manat dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhər stadionunun təməlini qoyub.