AVRO-2020-nin Bakı şəhəri üzrə fristayleri, veteran futbolçu Nuqzar Kvirtiya və xanımı İnna Kvirtiya son vaxtlar Ermənilərin törətdiyi təxribatlara cavab verib.

Rekord.az xəbər verir ki, hər iki şəxs "facebook" vasitəsilə xaricdə yaşayan dostlarına və izləyicilərinə videomüraciət edib.

Onlar ermənilərin Azərbaycanda xarici ölkə vətəndaşlarının dini diskriminasiyaya məruz qalması ilə bağlı səsləndirdiyi fikirlərin yalan olduğunu bildiriblər.

10 ildən artıqdır Azərbaycanda yaşayan cütlük indiyədək heç vaxt dini baxışlarına görə təzyiqlə üzləşmədiklərini vurğulayıblar.

N.Kvirtiya və İ.Kvirtiya sonda "Erməni təxribatını dayandırın!" çağırışı ediblər. Nuqzar Kvirtiya Azərbaycanda AZAL, "Turan" və "Şüvəlan" komandalarının formasını geyinib.