Azərbaycanda yeni klub yaradılıb.

Rekord.az xəbər verir ki, yeni klub “Xəzər Bakı” adlanır.

Bakı klubunun yaradılması barədə məlumatı idman jurnalisti, əvvəllər “Əlincə” və “Xocalı” kimi aşağı yaş qrupları üzrə klublarda işləmiş Mirələm Həsənli verib.

Qeyd edək ki, daha əvvəl Lənkəranda və Bakıda “Xəzər” adında klublar fəaliyyət göstərib. Bakıda fəaliyyət göstərən klub birinci divizionun qalibi olsa da, sahibi Emin Zeynalov pul maxinasiyasında əli olduğu üçün tutulub və komanda dağılıb.