"Dinamo-Bakı" yeni yaranıb II liqda mübarizəyə başlayanda əsas hədəflərindən biri də gələcəkdə hərbi xidmət yaşı çatan futbolçuların bu komandada əsgərlik çəkmələrinin təmin edilməsi idi.

Lakin Rekord.az xəbər verir ki, mövsmün böyük hissəsi geridə qalsa da, Daxili İşlər Nazirliyinin balansında olan komandada bu probolem hələ də həllini tapmayıb.

Heç nəzərdə tutulan müşahidə şurası da yaradılmayıb. "Dinamo-Bakı" nəinki hərbi xidmət yaşı çatan futbolçuları heyətinə cəlb edə bilir, öz heyətində yer alan hərbi xidmət yaşı çatan futbolçuları da saxlaya bilmir.