Şüvəlan qəsəbəsində yerləşən "AZAL Arena" ən qısa zamanda yenidən futbol səhnəmizə dönəcək.

Rekord.az-a daxil olan məlumata görə, uzun müddətdir istifadəsiz qalan sözügedən arena bundan sonra "Sabah"ın sərəncamında olacaq.

Masazır təmsilçisinin stadiondan hansı formada istifadə edəcəyi məlum deyil. Böyük ehtimalla klubun akademiyasında yer alan komandalar Şüvəlandakı stadiondan istifadə edəcək. Amma əsas komandanın da bu stadiondan istifadə edəcəyi istisna edilmir. Əldə etdiyimiz məlumata görə, "Sabah" klubu "AZAL Arena"nın süni örtüyünü təbii örtüklə əvəzləməyi düşünür. Düzdür, Şüvəlan stadionunda su problemi səbəbindən təbii örtüyün sulanması üçün əlavə xəttlər çəkilməlidir. Artlq bu yöndə də çalışmalara başlanılıb və hazırda iki su xəttinin çəkilməsi prosesi gedir.