Azərbaycandan 3 futbolçu İtaliyanın "Peruca" klubunun düşərgəsinə yollanıb.

Rekord.az xəbər verir ki, bunlar "EFA" klubunun üzvləri 2008-ci il təvəllüdlü Mustafayev Elcan, 2008-ci təvəllüdlü başqa bir futbolçu
Haqverdiyev Toğrul və 2007-ci il təvəllüdlü Cəfərov Şahismayıldı. 

Hər üç futbolçu iki klub arasındakı əməkdaşlıq müqaviləsi əsasında İtaliyaya yola düşüb. Qeyd edək ki, ötən il bu komandanın daha bir üzvü olan Məsut Alışanlı da "Peruca"nın düşərgəsinə yollanmışdı. Maraq üçün qeyd edək ki, Məsut eyni zamanda Azərbaycanın U-17 millisinin də üzvüdür.