“Azərbaycandan yaxşı oynamağa davam etdik”
- 12 Okt 2023 18:20
- 312
Azərbaycan millisindən yaxşı oynamağa davam etdik”.
Rekord.az xəbər verir ki, bunu Qazaxıstan millisinin futzalçısı Leo Azərbaycan yığmasına 3:2 hesabı ilə qalib gəldikləri DÇ-2024-ün elit mərhələ oyunundan sonra deyib.
Braziliyaəsilli oyunçu layiqli qalibiyyət əldə etdiklərini söyləyib: “Qarşılaşmaya yaxşı başlamadıq, iki qol buraxdıq. Ancaq sonra toparlanaraq birinci hissədə hesabı bərabərləşdirdik. Azərbaycan 5-ci meydan oyunçusunu buraxanda yaxşı müdafiə olunduq. Ümumilikdə uğurlu oynadıq və vacib qələbə qazandıq”.
Hazırda Qazaxıstan yığması 12 xalla A qrupuna başçılıq edir. Azərbaycan millisinin isə hesabında 3 xal var.