
Azərbaycanı “Böyük Dəbilqə”də 12 cüdoçu təmsil edəcək
- 18 Mar 2025 14:40
- 56
Martın 21-də Gürcüstanın paytaxtı Tiflisdə “Böyük dəbilqə” turniri start götürəcək.
Rekord.az xəbər verir ki, 53 ölkədən komandalar yarışda iştirak üçün müraciət edib.
Turnirdə iştirak edəcək 414 cüdoçulardan 38-i yerlilərdir.
Tiflisdə Azərbaycanı 12 cüdoçu - Hüseyn Allahyarov, Murad Muradlı (hər ikisi 60 kq), Rəşad Elkiyev, Nazir Talıbov (hər ikisi 66 kq), Rüfət Şövlətov, Qədir Hüseynov (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), Elmar Qasımov (100 kq), Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva və Günel Həsənli (hər ikisi 70 kq) təmsil edəcək.
“Böyük dəbilqə” martın 23-dək davam edəcək.