![photo](https://www.rekord.az/storage/news/2025_02_12/343455_1739367797.jpg)
Azərbaycanı “Böyük Dəbilqə”də 33 cüdoçu təmsil edəcək
- 19:20
- 45
Azərbaycan Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirində 33 cüdoçu ilə təmsil olunacaq.
Rekord.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 12 çəki dərəcəsində 24 kişi və 9 qadın idmançımız mübarzə aparacaq.
Üç gün davam edəcək turnirdə ümumilikdə 38 ölkədən 270 cüdoçu medal qazanmağa çalışacaq.
Yarışda Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq. Beynəlxalq Cüdo Federasiyasının qərarına əsasən, “Dünya Cüdo Turu” seriyasına daxil olan "Böyük Dəbilqə" turniri fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək.