Azərbaycanı cüdoçuları “Böyük Dəbilqə”nin son günündə medalsız qaldı
- 20 Fev 2021 21:10
- 925
İsrailin paytaxtı Təl-Əviv şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışına yekun vurulub.
Rekord.az xəbər verir ki, Azərbaycan cüdoçuları Məmmədəli Mehdiyev və Zelim Kotsoyev beynəlxalq turnirin son günündə bürünc medal görüşünə çıxıblar.
-90 kq çəki dərəcəsində çıxış edən Mehdiyev Gürcüstan təmsilçisi Beka Gviniaşvili ilə üz-üzə gəlib. Rəqibinə uduzan cüdoçumuz medal şansını əldən verib və 5-ci yeri tutub.
-100 kq-dakı Zelim Kotsoyev isə bürünc medal uğrunda rusiyalı Niiaz İliasovla qarşılaşıb. Görüşdə məğlub olan Kotsoyev turniri 5-ci pillədə başa vurub.
Bu gün tatamiyə çıxan cüdoçulardan +100 kq-da Uşangi Kokauri Ben Spiykersə (Niderland), Camal Feyziyev isə Serafim Kompanyesə (İsrail) məğlub olub.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Davud Məmmədsoy (-60 kq) qızıl medal qazanıb. -66 kq-dakı Nicat Şıxəlizadə yeddinci olub.