Azərbaycanı Gimnaziadada təmsil edəcək stolüstü tennisçilər təmsil edəcək
- 23 Okt 2024 18:30
- 133
Azərbaycanı Bəhreyndə keçiriləcək Gimnaziadada təmsil edəcək stolüstü tennisçilər müəyyənləşib.
Rekord.az xəbər verir ki, paytaxt Manamada təşkil olunacaq beynəlxalq yarışda məşqçilər Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Elşən Hüseynov, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Aysu Ağayeva bacarıqlarını göstərəcəklər.
Beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla Xəyalə Qiyasova isə oyunları idarə edəcəklər. Stolüstü tennis yarışına oktyabrın 25-də start veriləcək.
Oktyabrın 31-dək keçiriləcək Gimnaziadada Azərbaycanı 16 idman növündə (aerobika gimnastikası, bədii gimnastika, idman gimnastikası, badminton, boks, kamandan oxatma, güləş, tennis, taekvondo, stolüstü tennis, qılıncoynatma, şahmat, cüdo, paracüdo, üzgüçülük, paraüzgüçülük) 160 idmançı təmsil edəcək. Sabah baş tutacaq açılış mərasimində üçrəngli bayrağımızı paraüzgüçü Əli Vəliyev və taekvondoçu Xuraman Cavadzadə daşıyacaq.