“Azərbaycanı layiqincə təmsil etmək üçün çalışacağam”
- 01 Sen 2024 17:30
- 168
“Çalışacağam Azərbaycanı layiqincə təmsil edim. Bunun üçün əlimdən gələni edəcəyəm”.
Rekord.az xəbər verir ki, bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan paraüzgüçüsü Raman Saley deyib.
30 yaşlı idmançı paralimpiada tarixində beşinci dəfə fəxri kürsüdə yer aldığını xatırladıb.
O, Paris-2024-də daha üç dəfə mübarizə aparacağını söyləyib.
Raman Saley Paris paralimpiadasında daha 3 kateqoriyada çıxış edəcək. Təmsilçimiz sentyabrın 2-də S13 kateqoriyasında 50 m sərbəst, sentyabrın 4-də 100 m sərbəst, sentyabrın 7-də isə 100 m batterflyay üsullarında çıxış edəcək.