"Azərbaycanı məğlub etsək, arzumuza çatarıq"
- 12 Noy 2019 21:00
- 771
Slovakiya millisinin üzvü Stanislav Lobotka Avro-2020 seçmə mərhələsi çərçivəsində Xorvatiya və Azərbaycanla oyunlar öncəsi fikirlərini bildirib.
Rekord.az Slovakiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qruplarında çox çətin rəqiblərin yer aldığını deyib: “Qrupda qələbə qazanmaq olduqca çətin bir işdir. Son dərəcə balanslı qrupdur və istənilən komanda irəliləyə bilər. Hər biri yaxşı heyətə sahibdir”.
"Selta"nın futbolçusu “Slovakiyanın qarşıdakı 2 matçdakı hədəfiniz nədir?” sualını belə cavablandırıb: “Hədəfimiz və oyun planımız aydındır. Əgər mərhələ adlasaq bu bizi xoşbəxt edəcək. Düşünürük ki, Xorvatiya və Azərbaycanla oyunlardan qalib ayrılmalıyıq. Bu halda arzumuza çata bilərik”.
Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.