Azərbaycanı Xorvatiyanın Zaqreb şəhərində keçiriləcək bədii gimnastika üzrə “Aura Cup” beynəlxalq turnirində təmsil edəcək gimnastlar müəyyənləşib.

Rekord.az xəbər verir ki, turnirdə məşqçi Aysel Həsənovanın rəhbərliyi altında Sofiya Məmmədova (gənclər) və ⁠Nur Sadıqova (yeniyetmələr) iştirak edəcək.

Vəfa Bəkərova isə hakim kimi fəaliyyət göstərəcək.

"Aura Cup" oktyabrın 10-dan 13-nə qədər keçiriləcək.