Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə iştirak edəcək
- 04 Mar 2024 13:20
- 341
Azərbaycanın 11 boksçusu Monteneqronun Budva şəhərində keçiriləcək gənclər arasında ənənəvi “Adriatik incisi” beynəlxalq turnirində iştirak edəcək.
Rekord.az xəbər verir ki, onlardan 6-sı oğlan, 5-i isə qız idmançı olacaq.
Martın 5-də startı veriləcək turnirdə baş məşqçisi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında Bilalhəbəşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Məhəmmədəli Aşurəliyev (57 kq), İbrahim Zeynalov (63,5 kq), Hüseyn Hacıyev (67 kq) və Ziya Həsənov (71 kq) oğlanlar arasında qüvvələrini sınayacaqlar.
Qızların yarışında isə Lalə Mədətova (48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikaylov (54 kq), Qızbəs İsgəndər (57 kq) və Emili Rzayeva (63 kq) mübarizə aparacaqlar. Onlara məşqçi Anar Baxışov rəhbərlik edəcək.
“Adriatik inci”sində Azərbaycanı hakim kimi Rövşən Qədirov təmsil edəcək.
Turnir 5 gün davam edəcək. Bu gün səfərə yollanan Azərbaycan yığması martın 11-də Bakıya qayıdacaq.