İspaniyanın Malaqa şəhərində 20-21 mayda gənclər arasında Avropa Kuboku keçiriləcək.

Rekord.az xəbər verir ki, turnirdə 22 ölkədən 318 idmançı iştirak edəcək. Azərbaycan yarışda 6 çəki dərəsində 17 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.

İdmançılarımız 22-24 may tarixlərində Malaqada təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

Yarışda Azərbaycan Cüdo Federasiyasının B kateqoriyalı beynəlxalq dərəcəli hakimi Bəhriyyə Hüseynova ədalət təmsilçiləri arasında yer alacaq.

-60 kq
Nizami İmranov 
Nurlan Kərimli 
Əli Hacıyev
Eltun İmranov
Murad Muradlı

-66 kq
Samir Piriyev
İslam Rəhimov 
Aydın Rzayev 
Nicat Nağıyev 

-73 kq
Süleyman Əliyev
Qadir Hüseynov 
Vüsal Qələndərzadə 

-81 kq
Ömər Rəcəbli 
Xəyyam Əliyev

-90 kq
Əjdər Bağırov
İsmayıl Zamanov 

+100 kq
Kənan Nəsibov