Azərbaycanın 2 stolüstü tennisçisi “İdman ustası” adına layiq görüldü
- 10 Apr 2024 10:30
- 257
Stolüstü tennis üzrə Azərbaycan millisinin iki üzvü “İdman ustası” adına layiq görülüb.
Rekord.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi tədbirdə Adil Əhmədzadə və Mərziyyə Nurmətova bu dərəcə təqdim olunub.
Hər iki idmançı Azərbaycan çempionu, eyni zamanda dəfələrlə beynəlxalq yarışların qalibləri və mükafatçılarıdır.
AGİN-in ənənəvi tədbirinə martda Türkiyədə təşkil olunan “Avropa Gənclər Seriyası 2024” yarışında 10 medal qazanan yığma üzvləri də dəvət olunublar. Həmin yarışda stolüstü tennisçilərimiz 1 qızıl, 2 gümüş, 7 bürünc medal qazanmışdılar.