Sloveniyada şahmatçılar arasında şəxsi Avropa çempionatı başa çatıb. 

Rekord.az xəbər verir ki, qitə birinciliyində şahmatçılardan ən yaxşı nəticəni Vasif Durarbəyli göstərib. 11 turdan 8 xal toplayan şahmatçı yekun sıralamada 3-8-ci yerləri bölüşüb.

Digər təmsilçilərimizdən hərəyə 7.5 xal toplayan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov müvafiq olaraq 9-11-ci yerlərdə, Nicat Abasov isə 26-cı pillədə qərarlaşıb.

Yarışın qalibi 8.5 xalla almaniyalı Matias Blubaum olub.

Qitə birinciliyinin nəticələrinə əsasən, ilk 20-likdə qərarlaşan şahmatçılar, o cümlədən təmsilçilərimiz Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 2023-cü ildə keçiriləcək dünya kubokuna vəsiqə qazanıb.