Azərbaycanın beynəlxalq dərəcəli hakimi UEFA-dan təyinat alıb
- 13 Mar 2024 20:00
- 216
Azərbaycanın beynəlxalq dərəcəli köməkçi hakimi Sevda Nuriyeva UEFA-dan təyinat alıb.
Rekord.az xəbər verir ki, o, 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II turunda Niderlandda keçiriləcək A liqasının 5-ci qrupunun oyunlarında köməkçi hakim funksiyasını yerinə yetirəcək.
Nuriyeva martın 14-də İspaniya – Türkiyə, 17-də Niderland – Türkiyə, 20-də isə Türkiyə – Ukrayna qarşılaşmalarında iş başında olacaq.