Azərbaycanın güləş üzrə beynəlxalq kateqoriyalı hakimlərinin sayı artıb.

Rekord.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Rumıniyada keçirilən güləş hakimlərinə aid imtahanların yekunlarına əsasən, 2 milli dərəcəli referimiz beynəlxalq kateqoriyaya sahib çıxıb.

Samil Fəttayev və Elxan Həmidzadə 3-cü dərəcəli beynəlxalq hakim statusuna yiyələnib. Bununla da beynəlxalq kateqoriyalı hakimlərimizin sayı 25-ə çatıb.

Qeyd edək ki, Azərbaycanın I-S dərəcəli 2, 1-ci dərəcəli 10, 2-ci dərəcəli 6, 3-cü dərəcəli 7 güləş hakimi var.