Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Rekord.az xəbər verir ki, bu gün yarışda qadın güləşçilər mübarizə aparıblar.

50 kq çəki dərəcəsində yer alan Azərbaycan güləşçisi Mariya Stadnik finalda Türkiyə təmsilçisi Evin Demirhanla üz-üzə gəlib. Rəqibinə tam üstünlüklə qalib gələn Stadnik 10-cu dəfə Avropa çempionu olub.

Alyona Kolesnik (59 kq) isə həlledici qarşılaşmada Alina Filipoviçlə (Ukrayna) üz-üzə gəlib. Bu görüşdə çətin qələbə qazanan Kolesnik karyerasında ilk dəfə Avropa çempionu olub.