Azərbaycanın daha 2 paracüdoçusu qran-pridə medal qazandı
- 04 Dek 2023 18:00
- 253
Azərbaycanın daha iki paracüdoçusu Yaponiyanın paytaxtı Tokioda gerçəkləşən qran-pridə medal qazanıb.
Rekord.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan Namiq Abaslı J2 kateqoriyasında çıxış edib.
O, özbəkistanlı Feruz Sayıdova qalib gələrək bürünc mükafata sahib çıxıb.
Digər paracüdoçumuz Vüqar Şirinli isə qran-pridə gümüş medal qazanıb. 60 kq çəki dərəcəsində yer alan idmançı J2 kateqoriyasında çıxış edib. Şirinli finaladək bütün rəqiblərinə qalib gəlib. O, həlledici raundda özbəkistanlı Kemran Nurillayevə məğlub olaraq gümüş medalla kifayətənib.
Xatırladaq ki, Vüqar Şirinli 2021-ci ildə eyni şəhərdə keçirilmiş Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmışdı.
Azərbaycanı bu qran-pridə təmsil edən digər idmançımız Şəhanə Hacıyeva (48 kq) da qran-pridə gümüş medal əldə edib.