Azərbaycanın boksçusu Malik Həsənov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

Rekord.az xəbər verir ki, 63,5 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Gürcüstandan olan Laşa Quruli üz-üzə gəlib.

Bu görüşdə idmançımız məğlub olub.

Olimpiada avqustun 11-də başa çatacaq.