Azərbaycanın daha bir cüdoçusu DÇ-də mübarizəyə başlayır
- 21 May 2024 11:00
- 240
Bu gün Azərbaycanın daha bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Rekord.az xəbər verir ki, 81 kq çəki dərəcəsində Zelim Tçkayev tatamiyə çıxacaq.
25 yaşlı idmançı ilk raundda İtaliya təmsilçisi Antonio Espozitonun müqavimətini qırmağa çalışacaq.
Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Ötən gün Hidayət Heydərov (73 kq) dünya çempionu olub.