Azərbaycanın daha bir cüdoçusu Olimpiada ilə erkən vidalaşdı
- 28 İyl 2024 13:18
- 291
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Rekord.az xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Anjelika Delqado (ABŞ) ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Məmmədəliyeva turnirlə vidalaşmalı olub.
Bu gün Azərbaycan cüdoçusu Yaşar Nəcəfov da turnirlə erkən vidalaşmışdı.