Azərbaycanın daha bir cüdoçusu Olimpiadada mübarizəni dayandırdı
- 27 İyl 2024 15:20
- 387
Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında tatamiyə çıxıb.
Rekord.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Von Jin Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib.
Rəqibini uduzan Ağayev mübarizəni dayandırmalı olub. Daha əvvəl Leyla Əliyeva (48 kq) yarışla vidalaşıb.
Olimpiada avqustun 11-də başa çatacaq.