Azərbaycanın daha bir cüdoçusu qran-pridən kənarlaşdırıldı
- 30 Yan 2022 16:30
- 505
Azərbaycan cüdoçusu İmran Yusifov Portuqaliyanın Almada şəhərində keçirilən qran-pridən kənarlaşdırılıb.
Rekord.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançının təkrar yoxlama zamanı PCR testinin nəticəsi pozitiv çıxıb.
Daha öncə Yusifovdan Bakıda bir, Portuqaliyada iki test götürülüb və hamısının nəticəsi neqativ olub.
Portuqaliyanın daxili qaydalarına əsasən, o, 7 gün müddətinə təcrid olunub.
"Yusifovun, həmçinin nəticələri daha öncə pozitiv çıxan bütün heyət üzvlərinin sağlamlıq vəziyyətləri qənaətbəxşdir, ciddi ağırlaşma halları yoxdur. Bütün heyət üzvlərinin müalicəsi Azərbaycan Cüdo Federasiyasının ciddi nəzarəti altındadır və onlar ehtiyac duyulan bütün tibbi və digər vasitələrlə təmin ediliblər", - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, bu gün yığma üzvlərindən Adil Kərimli (100 kq.) və Uşanqi Kokauri (+100 kq.) güclərini sınayacaqlar. Daha əvvəl Balabəy Ağayev (60 kq) gümüş medal qazanıb.