Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazandı
- 12 May 2024 17:00
- 301
Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" yarşışında bürünc medal qazanıblar.
Rekord.az xəbər verir ki, Elcan Hacıyev və Vüqar Talıbov (hər ikisi 90 kq) üçüncü yerə sahib çıxıblar.
Beləliklə, millimiz turniri 3 bürünc mükafatla başa vurub.
Daha əvvəl Kamran Süleymanov (66 kq) bürünc medala sahib çıxıb. Azərbaycan turnirdə 15 idmançı ilə təmsil olunub.