Azərbaycanın daha iki güləşçisi Avropa çempionu oldu
- 15 Fev 2024 00:29
- 213
Azərbaycanın daha iki yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, Həsrət Cəfərov (67 kq) finalda rusiyalı Ruslan Biçurini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Nihad Məmmədli (60 kq) finalda moldovalı Viktor Çiobanuna 8:3 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Bir gün əvvəl yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) bürünc medalın sahibi olub.
Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.