"Qarabağ", "Neftçi", "Qəbələ" və "Zirə" Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Fransada PSJ ilə oyunda irqçiliyə məruz qalmış "Başakşehir"шт məşqçisi Pyer Veboya dəstək olub.

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı feysbuk səhifəsində Kevin Medina və Donald Geryenin birgə fotosunu paylaşıb. Fotonun üzərində "Gülüşünüzdən başqa rəng yoxdur" sözləri yazılıb.

Digər 3 klub isə feysbuk hesabından "İrqçiliyə yox" şüarını paylaşıb.

PSJ - "Başakşehir" oyunu 4-cü hakim Sebastian Koltseskunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədən etibarən yarımçıq dayandırılıb. Matçın qaldığı yerdən davam etdiriləcəyi gözlənilir.