![photo](https://www.rekord.az/storage/news/2025_02_09/oglanlar_doyus_14_1_1536x1024_1739105786.jpg)
Azərbaycanın ən güclü yeniyetmə boksçuları bəlli oldu
- 09 Fev 2025 16:55
- 80
Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi başa çatıb.
Sports.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 62 komandanın 319 (280 oğlan, 39 qız) idmançısı qüvvəsini sınayıb.
6 gün davam edən turnirin son günündə oğlanlar arasında 14, qızlarda 7 çəki dərəcəsi üzrə çempion və medalçılar müəyyənləşib.
Boks Mərkəzində təşkil edilən yarışda bu gün final görüşləri keçirilib və ölkənin ən güclülərinin adlarına aydınlıq gəlib.
Turnirin komanda hesabında “Neftçi” İdman Klubu 4 qızıl və 2 bürünc medalla birinci yeri tutub. İkinci pilləyə “Qızıl əlcək” İK (3-0-1) yiyələndiyi halda, “üçlüy”ü Naxçıvan MR (2-0-0) qapayıb.
Birincilikdə ən yaxşı boksçu adına Əli Əliyev (Gəncə) layiq görülüb. Ən yaxşı məşqçi Vüsal Gözəlov (DİN İC), ən yaxşı hakim isə Stanislav Krılov seçilib.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Yeniyetmələr arasında Azərbaycan birinciliyi
Finallar
Oğlanlar
44 kq
Qardaş Rəhimov (Masallı) – Həsən Səhrədli (“Təhsil” RİM) – 5:0
46 kq
Rüstəm Nəsibov (DİN İC) – Əli Əliyev (Gəncə) – 0:5
48 kq
Ramiz Ağadadaşov (“Təhsil” RİM) – Ayxan Həsənov (“Neftçi” İK) – 0:5
50 kq
Məhəmməd Rəsulov (Sumqayıt) – Oğuz Həsənov (“Təhsil” RİM) – 4:1
52 kq
Sadiq Musayev (“Berzloy” İK) – Əli Camalzadə (“Neftçi” İK) – ikinci döyüşə gəlməyib
54 kq
Əflatun İsmiyev (“Təhsil” RİM) – Raul Heydərli (“Firuz” İK) – 0:5
57 kq
Toğrul Quliyev (“Qızıl əlcək”) – Yusif Həsənli (DİN İC) – birinci tam üstünlüklə qalib gəlib
60 kq
Təşkilat Quliyev (“Təhsil” RİM) – Şahin Aslanov (“Təhsil” RİM) – 0:5
63 kq
Seyidəmir Quliyev (“Təhsil” RİM) – Haqverdi Həsənov (Naxçıvan MR) – 0:5
66 kq
Dəniz Zeynalov (“Qızıl əlcək” İK) – Əli Əlizadə (İmişli) – 3:2
70 kq
Adil Zalov (“Qızıl əlcək” İK) – Şükür Əliyev (Sumqayıt) – 3:2
75 kq
Hüseyn Vahabov (“Abşeron” BK) – Turqay Abbasov (Naxçıvan MR) – 2:3
80 kq
Elvin Əhmədli (Ağsu) – İsmayıl Vəliyev (“Neftçi” İK) – ikinci tam üstünlüklə qalib gəlib
+80 kq
Səftər Məmmədzadə (“Neftçi” İK) – İbrahim Nağıyev (Gəncə) – ikinci döyüşə gəlməyib
Qızlar
46 kq
Səbinə Səmədzadə (Astara) – Nurgül Ocaqova (İmişli) – 0:5
48 kq
Aylin Nəzərova (“Neftçi” İK) – Gülər Hüseynova (UGİM-1) – 0:5
50 kq
Əminə Tağı (DİN İC) – Sima İsmayılova (888 İK) – birinci tam üstünlüklə qalib gəlib
52 kq
Zəhra Məmmədova (Knockout İK) – Cəmilə Muradlı (Sumqayıt) – 0:5
57 kq
Səma Hüseynova (“Neftçi” İK) – Mirruqiyyə Azərpur (Sumqayıt) – 2:3
60 kq
Aynur İsmayılova (Sumqayıt) – Fidan Babarova (Sumqayıt) – 0:5
70 kq
Səma Abbasova (Sumqayıt) – Qızbəs Yusubova (DİN İC) – birinci tam üstünlüklə qalib gəlib
Bütün mükafatçılar
Oğlanlar
44 kq
1. Qardaş Rəhimov (Masallı)
2. Həsən Səhrədli (“Təhsil” RİM)
3. Həsrət Məmmədov (Gəncə)
3. Tunar Seyidməmmədov (Gəncə)
46 kq
1. Əli Əliyev (Gəncə)
2. Rüstəm Nəsibov (DİN İC)
3. Fərid Quliyev (Masallı)
Rəvan Ələsgərli (Cəlilabad)
48 kq
1. Ayxan Həsənov (“Neftçi” İK)
2. Ramiz Ağadadaşov (“Təhsil” RİM)
3. Hüseyn Quliyev (Sumqayıt)
3. Xəyal İbrahimov (“Uğur” İK)
50 kq
1. Məhəmməd Rəsulov (Sumqayıt)
2. Oğuz Həsənov (“Təhsil” RİM)
3. Şahin Mustafayev (Gəncə)
3. Məhmmədəli Kərimli (NMH)
52 kq
1. Əli Camalzadə (“Neftçi” İK)
2. Sadiq Musayev (“Berzloy” İK)
3. Tunar Mehdiyev (Gəncə)
3. İmran Axundov (“Təhsil” RİM)
54 kq
1. Raul Heydərli (“Firuz” İK)
2. Əflatun İsmiyev (“Təhsil” RİM)
3. Hüseyn Acalov (“Təhsil” RİM)
3. Tunar Məmmədov (Gəncə)
57 kq
1. Toğrul Quliyev (“Qızıl əlcək”)
2. Yusif Həsənli (DİN İC)
3. Yusif Bəylərov (Siyəzən)
3. Dəniz Mirağayev (“Təhsil” RİM)
60 kq
1. Şahin Aslanov (“Təhsil” RİM)
2. Təşkilat Quliyev (“Təhsil” RİM)
3. Nihat Ağayev (“Neftçi” İK)
3. Ömər Abdullazadə (“Qızıl əlcək” İK)
63 kq
1. Haqverdi Həsənov (Naxçıvan MR)
2. Seyidəmir Quliyev (“Təhsil” RİM)
3. Elmir Niftəliyev (Hacıqabul)
3. Elgün Abbaslı (“Neftçi” İK)
66 kq
1. Dəniz Zeynalov (“Qızıl əlcək” İK)
2. Əli Əlizadə (İmişli)
3. Zəkəriyyə Rəhimov (“Təhsil” RİM)
3. Rəvan Qəribov (Gəncə)
70 kq
1. Adil Zalov (“Qızıl əlcək” İK)
2. Şükür Əliyev (Sumqayıt)
3. Cavad Səlimov (“Təhsil” RİM)
3. Coşqun Muradov (Lənkəran)
75 kq
1. Turqay Abbasov (Naxçıvan MR)
2. Hüseyn Vahabov (“Abşeron” BK)
3. Səhəddin Həsənli (Gəncə)
3. Əli Məmmədli (UGM-7)
80 kq
1. İsmayıl Vəliyev (“Neftçi” İK)
2. Elvin Əhmədli (Ağsu)
3. Əli Səmədzadə (Sumqayıt)
3. Nicat İmanov (“Təhsil” RİM)
+80 kq
1. Səftər Məmmədzadə (“Neftçi” İK)
2. İbrahim Nağıyev (Gəncə)
3. Arzu Rzayev (“Abşeron” BK)
Azad Hüseynov (Sumqayıt)
Qızlar
46 kq
1. Nurgül Ocaqova (İmişli)
2. Səbinə Səmədzadə (Astara)
3. Zarina Vəlizadə (888 İK)
48 kq
1. Gülər Hüseynova (UGİM-1)
2. Aylin Nəzərova (“Neftçi” İK)
3. Ayan Novruzlu (RMİK)
50 kq
1. Əminə Tağı (DİN İC)
2. Sima İsmayılova (888 İK)
3. Aysu Əlirzayeva (888 İK)
52 kq
1. Cəmilə Muradlı (Sumqayıt)
2. Zəhra Məmmədova (Knockout)
3. Zəhra Səlimzadə (“Abşeron” BK)
57 kq
1. Mirruqiyyə Azərpur (Sumqayıt)
2. Səma Hüseynova (“Neftçi” İK)
60 kq
1. Fidan Babarova (Sumqayıt)
2. Aynur İsmayılova (Sumqayıt)
3. Zəhra İmanova (Ağstafa)
70 kq
1. Səma Abbasova (Sumqayıt)
2. Qızbəs Yusubova (DİN İC)
3. Nuray Əliməmmədova (Şabran)