![photo](https://rekord.az/uploads/5/nqilab3-600x300.jpg)
Azərbaycanın FIFA referisi Dubaydakı turnirə təyinat alıb
- 2024-02-12 16:15
- 169
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov beynəlxalq turnirə təyinat alıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, FIFA tərəfindən keçiriləcək “FIFA Beach Soccer World Cup UAE 2024” turnirinin oyunlarını idarə edəcək.
Yarış fevral 15-dən 25-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.