Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-nın seminarında iştirak edəcək.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

İsveçrənin Cenevrə şəhərindəki tədbir elit kateqoriyalı və 1-ci dərəcəli hakimlər üçün nəzərdə tutulub.

Seminar sentyabrın 2-4-ü aralığında baş tutacaq.