Azərbaycanın futbol hakimlərinə maddi yardım edildi
- 21 May 2020 18:20
- 711
Azərbaycan hökuməti koronavirus pandemiyası səbəbindən çətinliklərlə üzləşmiş peşəkar futbol hakimlərinə birdəfəlik maddi yardım edib.
Rekord.az xəbər verir ki, referilər VÖEN-lə işlədikləri və vergi ödəyicisi olduqları üçün bu dəstəkdən yararlanıblar.
Verginin miqdarından asılı olaraq, ədalət təmsilçilərinin hər birinə 500-1000 manat arası ödəniş olub. (Report)
Qeyd edək ki, Azərbaycan Premyer Liqası və Birinci Divizionun oyunları martın 13-də pandemiyaya görə yarımçıq dayandırılıb.