Azərbaycanın gənc güləşçiləri üçün Antalya sınağı
- 16 Mar 2024 14:40
- 214
Bu gün Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında "Çempionlar" turniri başlayacaq.
Rekord.az xəbər verir ki, üç gün davam edəcək yarışda ölkəmizi sərbəst və qadın güləşi üzrə U-20 milli komandalarımız təmsil edəcək.
Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında 10 sərbəst güləşçimiz ənənəvi turnirdə çıxış edəcək:
57 kq. Elman Ağayev
61 kq. Ruslan Abdullayev
65 kq. Musa Ağayev
70 kq. Ramik Heybətov
74 kq. Əhməd Əhmədli
79 kq. Emin Qocayev
86 kq. Sadiq Mustafazadə
92 kq. Anar Cəfərli
97 kq. Rəvan Musayev
125 kq. Yusif Dursunov
Böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 6 qadın güləşçimiz yarışda çıxış edəcək:
50 kq. Aysel Məmmədzadə, Elvina Kərimzadə
53 kq. Əsmər Cankurtaran
55 kq. Nərgiz Səmədova
57 kq. Gülər Həbibova
62 kq. Ruzanna Məmmədova
68 kq. Fatimə İsayeva
“Çempionlar” turnirində beynəlxalq dərəcəli hakim Sevinc Yusibova ədaləti qoruyacaq.